Sual: Mən bir müddətdir ki, dini ədəbiyyatla maraqlanıram. Oxuduğum kitabların birində “məsacidi-səbə” ifadəsinə rast gəldim. Bu nə deməkdir?
Cavab: Məsacidi-səbə (المساجد السبعة) ifadəsi ilə Mədinə şəhərinin şimalındakı 7 məscid nəzərdə tutulur. Həmin məscidlər aşağıdakılardır:
1) Məscidi-Fəth.
2) Məscidi Salmani-Farsi.
3) Məscidi Əbu Bəkr əs-Siddiq.
4) Məscidi Ömər ibn Xəttab.
5) Məscidi Əli ibn Əbu Talib.
6) Məscidi Səd ibn Muaz. Bu məscid bəzi mənbələrdə Məscidi-Fatimə də adlandırılır.
Mədinədə vəqflər və məscidlər idarəsi tərəfindən 1989 və 1992 illərində hazırlanan raportda yuxarıdakı 6 məscidin adı qeyd olunur. Bununla belə, son zamanlarda Fəth və Salmani-Farsi məscidinin xaricindəkilər uçurdulub. Onların yerində başqa bir məscid inşa olunur.
Yeri gəlmişkən, bu barədə ətraflı məlumat üçün Türkiyə Diyanet Vəqfi tərəfindən nəşr olunan İslam ensiklopediyasının 29-cu cildinin (Ankara, 2004) 260-cı səhifəsinə baxın.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.