Müsəlmanlar
Mülki şəxslərə hücum edən düşmənə bu cür cavab vermək olar?

Mülki şəxslərə hücum edən düşmənə bu cür cavab vermək olar?

Sual: Düşmən qüvvələri sıravi vətəndaş olan müsəlmanlara, onların məktəb, bazar və sairə kimi yerlərinə qəsdən hücum etsə, müsəlmanlar da onların mülki şəxslərinə hücum edə bilərlər? İslamda belə bir haqq var?

Cavab: Allah buyurur ki, Allahın yolunda sizinlə döyüşənlərlə döyüşün. Düşmən tərəfin mülki şəxsləri müsəlmanlara qarşı döyüşmürlərsə, onlara hücum etmək olmaz. Necə deyərlər, bir nəfərin uşağını döyənin özünü döymək əvəzinə, gedib uşağını vurmaq olmaz.

Bir sözlə, cəzanı təqsirkara vermək lazımdır, başqasına olmaz. Dinc əhaliyə hücum etmək düzgün deyil.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.