Müsəlmanlar

Vaxtında qaytarılmayan borcu nə cür qaytarmaq lazımdır?

Sual: Mən bir nəfərə pul borcu verdim. Üstündən xeyli vaxt keçdi. Hələ qaytarmayıb. Bu borcu ona nağd pul formasında verdim, pul olaraq da qaytarmağını istəyirəm. Borc verdiyim vaxt qızılın qramı 15 manat idi. İndi isə olub 30 manat. Qiyməti get-gedə qalxır. Mən artıq pul istəmirəm. Ancaq narahat da oluram. Sizcə bu adam borcunu mənə nə cür qaytarmalıdır?

Cavab: Bunun üçün 2 cür hərəkət etmək olar:

1. O adamla razılığa gəlib borcu müəyyən bir şeylə (qızıl, valyuta və sairə) müəyyənləşdirə bilərsiniz. Borcu ödəmək vaxtı gəldikdə də o şeyin həmin vaxtkı qiyməti nəzərə alınar. Ancaq bu elə bir məsələdir ki, tərəflər bu barədə bir-birinə təzyiq göstərə bilməzlər.

2. Borcun qaytarılmalı olduğu gündən bu günə (qaytarılma gününə) qədər keçən vaxtda baş verən inflyasiya nəzərə alına bilər. Bu vaxt borclu borcunu inflyasiya fərqini əsas məbləğə əlavə edib qaytarmalıdır. Bunu borclunun xoşluqla qəbul etməyi şərt deyil; borclu bunu yerinə yetirməlidir.

Suala cavab verdi: Servet Bayındır ((İstanbul Universitetinin dosenti, Türkiyə.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.