Müsəlmanlar

Banka pul qoyub faizini nəzir versək, olar?

Sual: Əmanət banklarına qoyduğumuz və işlətmədiyimiz pullarımız üçün verilən faizi alıb kasıb-kusuba verə bilərik? Yoxsa bu günahdır? Onsuz da biz istəsək də, istəməsək də, bank pulumuzu işlədir (tədavülə buraxır, bundan mənfəət götürür, öz işlərini görür). Deyirik ki, heç olmasa, faizin bir hissəsini möhtac vəziyyətdə olanlara verək. İslam dini buna icazə verir?

Cavab: Siz möhtac olanlara dəyib toxunmayın! O pulu oradan alın və iqtisadi bir fəaliyyətə sərf edin!

Allah faiz almağı haram edib. Ona görə də bunu heç bir şey haqlı çıxarda bilməz! Faizi caiz (dində icazə verilən) hala gətirən hər hansı bir səbəbdən söhbət gedə bilməz.

Faiz almaq və vermək elə bir şeydir ki, buna razı olub başladıqda davamı da gəlir. Allah gözəldir, gözəl olanı sevər. Haram bir işdən gələn gəlirlə xeyirxahlıq etmək olmaz.

Suala cavab verdi: Abdulaziz Bayındır ((İstanbul Universitetinin müəllimi, professor.))

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.