Sual: Mən al-verlə məşğul oluram. İnanıram ki, ruzini verən Allahdır. Çalışıram ki, kredit işlərindən xilas olum. Ancaq məlumdur ki, kredit götürmədən inkişaf etmək olmur. Banklarla işləməyə məcbur oluram. Əlqərəz, indiki dövrdə kreditsiz ev də almaq olmur, sahibkarlığı böyütmək də. Belə olan halda, mən nə edim?
Cavab: Evsiz qalın, işsiz qalın, ancaq kredit işinə daxil olmayın. Sahibkarlığı böyütmək nə deməkdir?
Təəssüf ki, son vaxtlarda insanların həyatına bir sıra qondarma məfhumlar daxil oldu. Hazırkı kredit sistemi bəzi malların ehtiyac və tələbdən artıq istehsal edilməyinə səbəb oldu. Nəticədə mühit və ətraf mühit deyilən bir şey qalmadı; hər tərəf batdı.
Üstəlik də istehsal edilən məhsullar çox və ucuz istehsal edilir. Bu da yerli istehsalın aradan qalxmasına gətirib çıxardır. Hamı istehsal sahəsində xaricdən asılı vəziyyətə düşdü. Nəticədə sənətkar filan deyilən bir şey qalmadı. İnsanlar 2 yerə bölündülər: Kasıblar və varlılar. Kapitalın sahibləri bəzi şəxsləri necə deyərlər, ayaq üstə saxlamağa məcburdurlar. Yəni, birja və bazarlar bir qədər də olsa, canlı olmalıdır ki, onların özlərini müntəzəm olaraq qidalandırsın. Buna görə də hazırkı kredit sitemi öz-özünə qidalanan bir sistem halına gəldi. Amma elə bir vaxt gəlib yetişir ki, bu sistem öz-özünə kifayət etmir. O vaxt onlar da batır, banklar da. Banklar bu cür bir vəziyyətdə rahat ola bilmirlər. Çünki başqalarına puldan istifadə imkanı vermədikcə heç bir işə yaramır, əksinə, çətinlik yaradır. Bir sözlə, kredit sistemi əslində hamını çətinliyə salan bir sistemdir.
Suala cavab verdi: Abdulaziz Bayındır ((İstanbul Universitetinin müəllimi, professor.))
Faiz məsələləri barədə məlumat üçün aşağıdakı keçidə daxil olun:
http://www.muselmanlar.com/fitvalar/faiz
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.