Müsəlmanlar
Əzanın axırına səla əlavə etmək düzdür?

Əzanın axırına səla əlavə etmək düzdür?

Sual: Bəzi yerlərdə əzanın axırına səla əlavə olunub oxunur. Bu hərəkət dini cəhətdən nə dərəcədə düzgündür? Əgər düzgündürsə, niyə hər yerdə belə eləmirlər? Əgər düzgün deyilsə, nə üçün dini idarələr bunun qarşısını almırlar?

Cavab: Hər əzandan sonra əlavə səla ((Səla və ya salavati-şərifə Cümə namazının əzanından əvvəl minarədən oxunur. Əlavə olaraq, bəzi müsəlman ölkələrdə bir müsəlmanın vəfat etdiyini elan etmək üçün də oxunur (adətən zöhr və ya əsr namazlarından əvvəl).)) oxumaq bidətdir. Bidət də həzrəti peyğəmbərin və əshabələrin dövründə olmayan, əməl edilməyən, hətta bir oxşarı olmayan və İslamda olmadığı halda sonradan yaranıb ibadət hesab olunan fikir və əməllərə, Sünnəyə zidd hərəkətlərə deyilir.

Həzrəti Muhəmməd (s. a. v.) dində sonradan meydana gələn və haqqında dəlil-sübut olmayan hallar haqqında belə demişdir:

“Ən pis işlər sonradan törədilənlərdir.” (Müslim, Cümə, 43)
“Sonradan ortaya çıxan hər şey bidətdir.” (Nəsai, İdeyn, 22; İbn Macə, Müqəddimə, 7)
“Hər bidət zəlalətdir, hər zəlalət də oddadır (cəhənnəm alovu).” (Müslim, eyni yerdə)

Sualınızın axırıncı hissəsi ilə əlaqədar olaraq qeyd etdiyiniz qurumlara müraciət edə bilərsiniz. Biz sadəcə olaraq ümumi qaydalardan danışırıq; belə  bir səlahiyyətimiz yoxdur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.