Müsəlmanlar
Cəbrayılın 10 dəfə də yer üzünə enəcəyini deyən hədis var?

Cəbrayılın 10 dəfə də yer üzünə enəcəyini deyən hədis var?

Sual: Deyilənə görə peyğəmbərimizdən sonra mələk Cəbrayıl 10 dəfə də yer üzünə enəcək və hər dəfə oradan bir şey aparacaq. Belə bir söz hədis ola bilərmi?

Cavab: Biz bu məsələ ilə əlaqədar bir araşdırma apardıq, amma hədis mənbələrində Cəbrayılın Muhəmməd peyğəmbərin (s. a. v.) vəfatından sonra 10 dəfə yer üzünə enəcəyinə və oradan hər dəfə bir şey aparacağına dair bir məlumat görə bilmədik.
Məlumdur ki, Muhəmməd peyğəmbər (s. a. v.) axırıncı peyğəmbərdir (xatəmu-l-ənbiya). Ona görə də mələk Cəbrayıl ilahi vəhy gətirmək kimi bir vəzifəni yerinə yetirmək üçün yer üzünə enməyəcək.

Bununla belə, mələklər onlara Allah tərəfindən verilən tapşırıqları yerinə yetirmək üçün Allahın münasib bildiyi hər bir vaxtda yer üzünə enirlər. Cəbrayıl da bir mələkdir. Bu səbəbdən onun da ilahi vəhy gətirmək xaricində bir tapşırıqla yer üzünə enmə ehtimalı var. Quranın Qədr surəsində bununla əlaqədar olaraq belə deyilir:

“Şübhəsiz ki, biz onu Qədr gecəsində nazil etdik.

Sən Qədr gecəsinin nə olduğunu bilirsən?

Qədr gecəsi min aydan daha xeyirlidir.

Ruh (əmir) və mələklər o gecə Rəbbinin izni ilə hər bir əmr üçün enər.

O gecə dan yerinin ağarmasına qədər bir əmin-amanlıqdır”. (Qədr, 97/1-5.)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.