Müsəlmanlar
Kişi öldü. Arvadı və 3 uşağı qaldı. Onun vərəsəsi necə pay olunmalıdır?

Kişi öldü. Arvadı və 3 uşağı qaldı. Onun vərəsəsi necə pay olunmalıdır?

Sual: Biz ailədə 3 uşağıq. Atamız öldü. Anamız sağdır. Atamızdan qalan miras mallarını 3 yerə bölməliyik, yoxsa 4? Bəlkə, hamısı anamıza çatmalıdır?

Cavab: Miras mallarının səkkizdə biri ananızındır. Əgər nənə və babanız (atanızın ana və atası) yoxdursa, mirasdan  qalan hissə 3 uşağın (ölənin övladları) arasında bölüşdürülməlidir.

Əgər 3 uşağın hamısı qız və ya oğlandırsa, bu halda onlar miras mallarından bərabər ölçüdə pay almalıdırlar.

Əgər uşaqlar 1 oğlan, 2 qız və ya 2 oğlan, 1 qız olaraq qarışıqdırlarsa, oğlan mirasdan 2 qız payı qədər pay alır. Ümumi qayda budur.

Sualınızla əlaqədar olaraq aşağıdakı qısa cavabı da nəzərdən keçirin:

http://www.muselmanlar.com/fitvalar/1385.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.