Müsəlmanlar

Kirvənin qızı ilə evlənmək olar?

Sual: Bəzi adamlar deyirlər ki, kirvənin qızı ilə evlənmək olmaz. Bu söz İslam dini baxımından nə dərəcədə düzdür?

Cavab: İslam dinində kirvəlik anlayışı yoxdur. Kirvəlik və kirvə tutmaq adət-ənənədən irəli gələn bir haldır. Kirvə oğlan uşağı sünnət edildiyi vaxt onu qucağına alır, əl və ayaqlarını tutur və beləcə, uşağı sünnət edən həkim-dəlləyin işini asanlıqla görməyinə kömək edir.

Məlumdur ki, İslam dininə əsasən aşağıdakılarla evlənmək haramdır:

“Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan ögey qızları – yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda bu (ögey qızlarınızla evlənməyiniz) sizə günah deyildir, öz belinizdən gələn oğullarınızın arvadları (ilə evlənmək) və iki bacını birlikdə almaq haram edildi. Olub-keçənlər isə artıq keçmişdir. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.” (Nisa, 4/23)

Bu ayədə sadalananların arasında kirvənin qızı yoxdur. Yuxarıda qeyd etdik ki, İslamda kirvəlik deyilən bir şey yoxdur. Odur ki, kirvə kirvəsi olduğu uşağın evinə gəldiyi vaxt onun bacılarına və anasına qarşı naməhrəm hesab olunur. Yəni, yad bir kişi hökmündədir.

Əgər kirvənin qızı və kirvənin tutduğu oğlan evlənə bilərlər.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.