Müsəlmanlar
İş yerində yeni il münasibətilə verilən sovqatı almaq düzdür?

İş yerində yeni il münasibətilə verilən sovqatı almaq düzdür?

Sual: Bizə iş yerində müdiriyyət tərəfindən yeni il sovqatı verilir. Qutuda qida məhsulları var. Onu almaq düzdür?

Cavab: Həmin payı sizə müdiriyyət verdiyi üçün ala bilərsiniz. Bunun dini cəhətdən bir eybi yoxdur. Əgər verilən şeylər halaldırsa, yeyə bilərsiniz. Qutuda halal olmayan şeylər də varsa, almamalısınız. Səhvən almısınızsa (bu vəziyyət sonradan məlum olubsa), onları (halal olmayanları) məhv etməlisiniz.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.