Sual: Bizim məhəllədə bir nəfər qonşusunun pəncərəsini qəsdən qırdı. Ona bu hərəkətinə görə nə cür cəza vermək lazımdır?
Cavab: Əgər bir nəfər kiminsə pəncərəsinin şüşəsini qırıbsa, hər şeydən əvvəl o şüşənin yerinə təzəsini taxdırmalıdır. Əlavə olaraq, pəncərəsini qırdığı evin yiyəsinə 1 şüşə pulu verməlidir. Cəzalar çəkindirici olmalıdır. Vəziyyət belə olduqda bir də kiminsə pəncərəsinə daş atmağa cürət etməz.
Allah Quranda belə deyir:
“Kim sizin haqlarınıza təcavüz etsə, siz də ona qarşı onun təcavüz etdiyi qədər təcavüz edin. Allahdan qorxun və bilin ki, Allah müttəqilərlədir.” (Bəqərə, 2/194)
İslama əsasən heç kəsə daha çox hücum etmək olmaz. Vəziyyət müharibədə də eynidir.
Bu məsələni Muhəmməd peyğəmbər (s. a. v.) açıq-aydın qaydada izah edib. Məsələn, o deyir ki, bir nəfərin dəvəsi itib. Əgər həmin dəvəni başqa bir adam tapıb mənimsəsə (öz malı kimi qəbul edib götürsə), tutulduğu vaxt həm o dəvəni geri qaytarmalıdır, həm də başqa bir dəvə verməlidir. Çünki o, özünün olmayan bir malı mənimsəyib. Əslində o, dəvə tapdığını xəbər verməli, tapdığı dəvənin cinsiyyət, rəng və sairə kimi xüsusiyyətlərini camaata (qonum-qonşu, dost-tanış və əlindən gəldiyi qədər o həndəvərdə yaşayanlara) bildirməlidir. Amma o, bunu etmək əvəzinə dəvəni özünün imiş kimi mənimsəyir. Bu isə oğurluqdur. Bu şəxs həm həmin dəvəni, həm də başqa bir dəvə verməklə cəzasını çəkməlidir.
Bir sözlə, İslam dinində cəza sistemi bu prinsipə əsasən işləyir.
Odur ki, kiminsə pəncərəsini qıran şəxs həm o pəncərəyə təzə şüşə saldırmalı, həm də 1 şüşə pulu verməlidir. Əgər hadisə baş verən vaxt evdə xəsarət alan – sağlamlığı pozulan(lar) varsa, müalicə xərclərini də ödəməlidir.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.