Müsəlmanlar
Bir qadın hamilə olduğunu dost-tanışa nə vaxt bildirməlidir?

Bir qadın hamilə olduğunu dost-tanışa nə vaxt bildirməlidir?

Sual: İslama əsasən təzə vaxtından keçən (hamilə olan) bir qadın, bu xəbəri ona halal olmayan kişilərlə (qohum) və ya digər insanlarla bölüşə bilər?

Cavab: Hamiləliyi kiməsə deyib deməməyin müəyyən bir müddəti yoxdur. Bu kimi məsələlərdə cəmiyyətdə  mövcud olan ədəb və əxlaq qaydalarına əsasən hərəkət etmək lazımdır.

Bir qadının özünə dini cəhətdən yad olan kişi qohumlarına neçənci ayda olursa olsun, “Mən hamiləyəm!” deməyi ayıb kimi qarşılansa da, günah filan deyil. Yəni, dini baxımdan heç bir eybi yoxdur.

Onsuz da hamiləlik bir neçə ay sonra gizlənməyəcək bir hal alanda bunu öyrənməyən də qalmır.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.