Sual: Məlumdur ki, gündəlik danışıq dilində işlətdiyimiz bir çox söz var. Misal üçün, “gələr”, “gedər” və “olar” kimi. Bu sözləri deyərkən sanki bir şey dəqiqliklə baş verəcəkmiş kimi deyirik. Bu kimi sözlər deməyin dini cəhətdən bir eybi var? Bunları deməmişdən qabaq “inşallah” da demək lazımdır?
Cavab: Xeyr, bu sözləri deməyin bir eybi yoxdur. Bütün bunlar bir təxmindən ibarətdir. Sualınızda qeyd etdiyiniz “gələr”, “gedər” və “olar” kimi ifadələr qeyri-qəti gələcək zamanla əlaqədardır. Yəni, bunlar baş verə də bilər, yaxud da heç olmaya bilər.
Allah Təalanın xəbərdarlığı, yəni, “inşallah” demək gələcəklə əlaqədar qəti sözlər üçündür.
Bununla bağlı Quran ayəsi belədir:
“Heç bir şey barəsində: “Mən onu sabah edəcəyəm!”– demə! Əgər: “Allah şərtləri formalaşdırsa (bunu diləsə)”, desən, bu başqa”. (Kəhf, 18/23-24)
“Allah şərtləri formalaşdırsa (bunu diləsə)” kimi tərcümə etdiyimiz ifadə ayədəki “inşallah” ifadəsidir.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.