Müsəlmanlar
Qurbanlıq heyvanları Afrikaya göndərmək düzgündür?

Qurbanlıq heyvanları Afrikaya göndərmək düzgündür?

Sual: Biz qurbanlarımızı əsasən Afrikanın kasıb müsəlman ölkələrinə göndəririk. Amma bəzi adamlar deyirlər ki, bu hərəkət düzgün deyil. Çünki öz ölkəmizdə də imkansız insanlar var. Bu məsələni İslam dini baxımından nə cür qiymətləndirmək olar?

Cavab: İslamda irq, başqa sözlə, millətçilik deyilən bir şey yoxdur. Əsas məsələ din faktorudur. Allah: “Həqiqətən, möminlər qardaşdırlar”, – deyir.

Eyni ata-ananın uşaqlarından biri iman gətirə bilər, digəri də inancsız ola bilər. Allah dərgahında iman edənin öz doğma inancsız qardaşı belə, qardaş hesab olunmur. Ancaq Afrika və ya başqa bir yerdəki mömin onun qardaşı hesab edilir. Bu məsələyə bu cür yanaşmaq, yəni, dərindən fikirləşib götür-qoy etmək lazımdır.

Təbii ki, insanın öz yaxın qohum-əqrəbası onun üçün çox vacibdir. Əlbəttə ki, qurban ibadətində də onları nəzərə almaq lazımdır. Çünki Allahın ayələrində qeyd edilir ki, qohumlara qarşı cavabdehlik var.

Lakin: “Əşi, Afrikadakılar bizdən deyillər ki! Bizə nə onlardan?!”, – demək olmaz. Bu söz bir müsəlmana yaraşmaz. Əgər onlar öz ölkənizdəki insanlardan daha möhtac və pis vəziyyətdədirlərsə, qurbanlıq heyvanları onlara göndərmək olar. Əgər həm öz ölkənizdəki imkansızlar, həm də oradakılar eyni səviyyədədirlərsə, ilk növbədə öz yerinizdəki insanlara kömək etməlisiniz.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.