Müsəlmanlar
Buynuzunun çıxmağının qarşısı alınan heyvandan qurban olar?

Buynuzunun çıxmağının qarşısı alınan heyvandan qurban olar?

Sual: Mənim yaşadığım rayonda heyvandarlıqla məşğul olan adamlar çoxdur. Bəziləri təzə doğulmuş quzu və buzovun buynuzlarına bir dərman sürtürlər. Bunu ona görə edirlər ki, heyvanın buynuzu çıxıb uzanmasın. Mən onlardan bunun səbəbini soruşdum. Dedilər ki, heyvanlar böyüyəndə bir-birlərini vururlar; buna görə də buynuzlarına dərman vururuq. Sualım budur: Bu cür bir hərəkətə məruz qalan bir heyvandan qurban olar?

Cavab: Quranın Həcc surəsinin 36-cı ayəsinə əsasən qurbanlıq heyvan ətli-qanlı (iri), gözə xoş gələn və fiziki cəhətdən qüsursuz olmalıdır. Özünə və başqa heyvanlara ziyan verməsin deyə, buynuzu kütləşdirilən heyvan qüsurlu hesab edilmir. Odur ki, onu qurban kəsmək olar.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.