Müsəlmanlar

Yataq otağında namaz qılmaq olar?

Sual: Məni bir məsələ maraqlandırır: Yataq otağında namaz qılmaq olar, yoxsa yox?

Cavab: Yataq otağında namaz qılmağın heç bir eybi yoxdur. Peyğəmbərimiz Muhəmməd (s. a. v.) də bəzi hallarda namazını yataq otağında qılıb. Bununla əlaqədar olaraq həzrəti Aişənin nəql etdiyi hədis belədir:

“Mən Rəsulullahın namaz qıldığını gördüm. Mən özüm qiblə ilə onun arasında yatmışdım. Bir şeyə ehtiyacım olduğu vaxt otururdum. Onu narahat etməmək üçün yatağın ayaq tərəfindən çıxırdım.” ((Buxari, Səlat (namaz), 99, 102, 105, 108; Müslim, Səlat, 268-271.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.