Müsəlmanlar
Tərkibində malt olan qida məhsulları halaldır?

Tərkibində malt olan qida məhsulları halaldır?

Sual: Qida məhsullarının istehsalında işlədilən malt (malt unu və yaxud maltdan emal edilmiş hər hansı bir məhsul) halaldır?

Cavab: Hər şeydən əvvəl qeyd edək ki, malt (rusca: солод; ingiliscə: malt) pivə istehsal etmək üçün cücərdilən və tam bitmədən qurudulan arpaya deyilir. Onun bəzi qida məhsullarına (istər yeyilən, istərsə də içilən olsun) əlavə olunmağının bir eybi yoxdur.

Əsas odur ki, maltın qatıldığı qida məhsulu pivə və ya başqa bir içki kimi sərxoşedici olmasın. Qısa desək, içində malt olan hər hansı bir qida məhsulu sərxoş etmirsə, halal, edirsə, haramdır.

Sualınızla əlaqədar olaraq aşağıdakı cavabla da tanış olun:

http://www.muselmanlar.com/fitvalar/3295.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.