Müsəlmanlar
Dövlətin davamiyyəti məqsədilə qardaş öldürməyin hökmü nədir?

Dövlətin davamiyyəti məqsədilə qardaş öldürməyin hökmü nədir?

Sual: Tarixdən məlumdur ki, bəzi hökmdarlar öz qardaşlarını öldürtdürüblər. Səbəb olaraq da deyiblər ki, əsas olan dövlət həyatının davam etməyidir. Təbii ki, bu, mübahisəli bir məsələdir. Sualım isə budur: Qardaşın öz qardaşını bu məqsədlə öldürtməyi Qurana əsasən nə dərəcədə düz və ya səhvdir?

Cavab: Heç bir insanı nahaq yerə öldürmək olmaz. Odur ki, qardaş qətlindən söhbət belə gedə bilməz.

Allah Quran kitabında belə buyurur:

“Allahın toxunulmaz qıldığı kəsi öldürməyin, hüquqa uyğundursa, başqa.” (İsra, 17/33)

Buradan belə başa düşülür ki, Allahın toxunulmaz hesab etdiyi canı ancaq Allahın haqlı hesab etdiyi səbəblə öldürmək olar. Əks halda, bu hərəkət qəbuledilməzdir.

http://www.muselmanlar.com/fitvalar/2156.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.