Müsəlmanlar
Nisyə satılan bir malın pulu təzə qiymətlə verilməlidir?

Nisyə satılan bir malın pulu təzə qiymətlə verilməlidir?

Sual: Mən heyvan yemi satıram. Alıcıya satdığım 10 kisə yem 350 manat edir. Həmin məbləği nisyə dəftərinə yazıram. Üstündən 1 il keçəndən sonra alıcı mənə olan borcunu nə cür ödəməlidir? 350 manat, yoxsa 10 kisə yem təzə qiymətlə nə qədər edirsə, o qədər?

Cavab: Satış həyata keçirilib mal təhvil verildikdən sonra alıcının borcu 350 manat olur. Əgər bu borcu vaxtında ödəməsə, pul da inflyasiya ucbatından dəyərini itirsə, bu halda ödəmə günündən başlamaqla yaranan inflyasiya fərqini həmin adamdan tələb edə bilərsiniz. Bundan başqa bir şey istəyə bilməzsiniz.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.