Müsəlmanlar

Müsəlman qardaşlarını təhqir edənin cəzası nədir?

Sual: Digər müsəlmanları təhqir edən, onları xor görən, pis baxan və haqlarında pis sözlər deyən bir müsəlmanın cəzası nədir?

Cavab: Ona xəbərdarlıq etmək və öyüd-nəsihət vermək lazımdır. Əsl məsələni yaxşı-yaxşı başa salmaq lazımdır. Onun söyüş və təhqirləri cəzasız qalmayacaq; onu məhz Allah haqq-hesab edəcəkdir.

Din əsas imtahan sahəsidir. Düzgün olanı bilmək üçün mübahisə etmək lazımdır. Bu kimi mübahisələr cəza hüququnu maraqlandırmır. Yaxşı olar ki, müsəlman insan belə mübahisələrin nəticələri qarşısında səbrli olsun.

Allah Quranda belə deyir:

“Siz hökmən malınız və canınızla ağır sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl Kitab verilənlərdən və müşriklərdən bir çox əziyyət verən sözlər eşidəcəksiniz. Əgər səbr edib Allahdan qorxsanız, bilin ki, bu, əzm istəyən (möhkəm durmağı tələb edən) əməllərdəndir”. (Ali-İmran, 3/186)

Təhqiramiz sözlərə qarşı səbrli, möhkəm və tədbirli olmaqdan başqa bir yol yoxdur. Muhəmməd peyğəmbər (s. a. v.) əvvəlcə müsəlmanlığı qəbul edən, sonradan üz döndərib problemlər yaradan iki üzlü insanların əlindən çox əziyyət çəkib. Amma onları cəzalandırmayıb. Quranın Münafiqun (münafiqlər) surəsi bu baxımdan böyük əhəmiyyət kəsb edir. Yaxşı olar ki, o surəni başa düşərək oxuyun.

Oxşar sual cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

Söyüş söymək

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.