Sual: Quranın Ənfal surəsinin 48-ci ayəsində şeytan belə deyir: “Mən sizin görmədiklərinizi görürəm.” Burada şeytan nəyi nəzərdə tutur? Onun gördüyü, insanların görə bilmədikləri şey nədir?
Cavab: Qeyd etdiyiniz ayənin mənası belədir:
“O zaman şeytan onların əməllərini özlərinə gözəl göstərib: “Bu gün insanlardan heç kəs sizə qalib gələ bilməz. Axı mən sizə (yardım edən bir) qonşuyam!”– demişdi, iki dəstə bir-birini gördükdə isə geri çəkilib: “Mən sizdən uzağam. Mən sizin görmədiklərinizi görürəm. Mən Allahdan qorxuram. Çünki Allah şiddətli cəza verəndir!”– demişdi.”
Bu məsələ Bədr döyüşü ilə əlaqədardır. O gün Allah Təala müsəlmanlara mələklərin vasitəsilə kömək etdi ((Eyni surənin 50-ci ayəsinə də baxın.)). Şeytan orada mələkləri görürdü. Ancaq insanlar görmürdülər.
Deməli, şeytanın: “Mən sizin görmədiklərinizi görürəm”, – cümləsi ilə nəzərdə tutduğu şey budur.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.