Müsəlmanlar
45 qoyun və 50 keçinin zəkatı nə cür verilməlidir?

45 qoyun və 50 keçinin zəkatı nə cür verilməlidir?

Sual: Mənim 45 qoyunum və 50 keçim var. Bunların zəkatını necə verməliyəm? 1 qoyun + 1 keçi (hərəsindən bir dənə) kimi, yoxsa təkcə 1 qoyun və ya 1 keçi verməyim bəsdir?

Cavab: Xırdabuynuzlu heyvanların zəkatını hesabladıqda qoyun və keçiləri ayrı-ayrı deyil, birlikdə hesablamaq lazımdır. Sizin 45 qoyun və 50 keçiniz birlikdə 95 xırdabuynuz heyvan deməkdir. Deməli, zəkat kimi 1 qoyun, yaxud da 1 keçi verməyiniz kifayətdir.

Bununla belə, qoyunlarla keçilər (sizin sualınızdakı kimi) qarışıqdırsa, zəkatı sayı çox olan heyvandan vermək daha yaxşıdır. Odur ki, sizin 1 yaşını tamamlamış bir keçini zəkat verməyiniz məsləhətdir.

Qoyun və keçilərin zəkat nisbətləri belədir:

1-dən 39-a qədər: zəkatdan azaddır.

40-dan 120-yə qədər 1 qoyun

121-dən 200-ə qədər 2 qoyun

201-dən 399-a qədər 3 qoyun

400-dən 499-a qədər 4 qoyun

400-dən sonra hər 100 qoyundan ayrı 1 qoyun verilməlidir. Misal üçün, 500 qoyundan 5, 600 qoyundan 6 qoyun zəkat verilməlidir. ((Ətraflı məlumat üçün baxın: Ömer Nasuhi Bilmen, Hukuki İslamiye ve ıstılahati fıkhiyye kamusu, 4-cü cild, səhifə 88.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.