Müsəlmanlar
Təyyarə ilə səyahət səfər hesab olunur?

Təyyarə ilə səyahət səfər hesab olunur?

Sual: Səfərin tərifi nədir? Təyyarə ilə səyahət etdiyimiz vaxt da səfəri hesab olunuruq?

Cavab: Sualınızda təyyarə ilə yol getməkdən danışırsınız. Əslində cavab da elə buradadır. Bir işə səfər deyilirsə, deməli, o iş səfərdir. Bunun tərifi yoxdur.

İnsanın öz yaşadığı bölgədə səfər nəyə deyilirsə, odur.

Bunu misallarla izah edək. Bakı şəhərinin ətrafındakı kənd və qəsəbələrin birində yaşayan və durub Bakıya getmək istəyən bir insan: “Mən səfərə çıxıram”, – demir. Amma Bakıya Kürdəmir, Quba, Ağdam, Daşkəsən, Neftçala və ya Lənkərandan gedən bir nəfər bu cür düşünür və ətrafındakılara da belə deyir. Bir sözlə, səfəri olub olmamaq məsələsini onun xüsusi şərtləri ilə yanaşı, əsasən adət-ənənədəki anlayış müəyyənləşdirir.

Səfər səfərdir; istər qatar və ya avtobusla olsun, istərsə də təyyarə ilə.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.