Sual: Bir qadın zəkatını öz ərinə verə bilər? Dində bu məsələyə münasibət necədir?
Cavab: Hənəfi məzhəbinin görkəmli alimi Əbu Hənifənin fikrincə, bir qadın kasıb olan ərinə zəkat verə bilməz. Çünki adət-ənənəyə əsasən onların arasında mənfəət şərikliyi var. Yəni, ailənin mədaxil və xərcləri müştərəkdir.
Bununla belə, yenə Hənəfi məzhəbinin ən məşhur alimlərindən olan Muhəmməd və Əbu Yusuf hesab edirlər ki, bir qadın zəkatını kasıb olan (zəkat düşən) ərinə verə bilər. Çünki ər arvadının dolanışıq xərclərini ödməli olduğu halda, qadın ərinin dolanışığını təmin etmək məcburiyyətində deyil.
Bizim fikrimizcə də düzgün olan budur.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.