Müsəlmanlar
Nikotin plastırı işlətmək orucu pozur?

Nikotin plastırı işlətmək orucu pozur?

Sual: Mən siqareti tərgitmək istəyirəm. Bu məqsədlə nikotin plastırı işlədirəm. Görəsən, bunun oruca dəxli var? Bəziləri deyirlər ki, bu kimi siqaret əleyhinə vasitələr orucu pozur. Bəziləri də pozmadığını bildirirlər. Bunun hansı düzdür?

Cavab: Quranın Bəqərə surəsinin 187-ci ayəsinə əsasən orucu pozan amillər bir şey yemək və ya içmək, eləcə də, cinsi əlaqədə olmaqdır.

Nikotin plastırı bunlardan biri deyil. Odur ki, orucu pozmur.

Nikotin plastırının orucu pozduğunu deyənlər onun ayədə qeyd edilən amillərdən hansına aid olduğunu elmi cəhətdən əsaslandırmalıdırlar.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.