Müsəlmanlar

Orucu qəsdən pozmağın cəzası 61 gün qəzadır?

Sual: Ramazan ayında orucu bilə-bilə pozmağın cəzası 61 gün oruc tutmaqdır? Orucunu qəsdən pozan şəxs nə etməlidir?

Cavab: Ramazan ayında imsak vaxtından sonra yemək-içmək və cinsi əlaqədə olmaq haramdır. Belə şeylər Allaha üsyan etmək deməkdir. Günahı çox böyükdür. Bir hədisdə belə deyilir:

“Kim Ramazan ayından bir günün orucunu üzrsüz yerə və xəstəliyi olmadığı halda pozsa, (sonra) ömür boyu oruc tutsa, yenə də o pozduğu orucun əvəzini verməz”. (Buxari, Savm (oruc), 29)

Bilərək, səbəbsiz yerə Ramazan orucunu tutmayanların qəza və yaxud kəffarət orucu tutmağı lazım deyil. Qəza orucu, xəstə və səfərdə olanlara aiddir. Belə bir halda olan şəxs tövbə etməli və Allahdan bağışlanmağını diləməlidir. Tövbəsinin qəbul olunmağı üçün bir sədəqə də verməlidir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.