Sual: Şəkər, təzyiq və miqren kimi xroniki xəstəliyi olan insanlar oruc tutmalıdırlar? Mən özüm təzyiq xəstəsiyəm. Gərək hər səhər-axşam dərman içəm. Məgər oruc tutmasam, olmaz?
Cavab: Allah Təala Bəqərə surəsinin 184-cü ayəsində bildirib ki, xəstə olanlar oruc tutmaya bilərlər. Onlar tuta bilmədikləri orucun yerinə başqa günlərdə oruc tutmalıdırlar. Ancaq orucun əvəzinə fidyə vermək olmaz. Bu barədə deyilənlərin hamısı ƏSASSIZdır! Xəstə olan, orucu vaxtında tuta bilməyən, sonra da sağalmadan ölənlər buna görə cavabdeh sayılmırlar.
Bu barədə ətraflı məlumat üçün aşağıdakı keçidlərə daxil olun:
http://www.muselmanlar.com/fitvalar/3722.html
http://www.muselmanlar.com/fitvalar/1911.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.