Müsəlmanlar

Oruclu halda xörəyin dadına baxmaq olar?

Sual: Məlumdur ki, evdə biş-düş işini qadınlar görür. Onların işi Ramazan ayında bir qədər də artır. Elə isə oruc tutan və iftara hazırlıq görüb xörək hazırlayan bir qadın bişirdiklərinin dadına baxa bilər? Baxsa, orucu pozular?

Cavab: Quranın Bəqərə surəsinin 187-ci ayəsinə əsasən orucu batil edən şeylər yemək-içmək və cinsi əlaqədir. Bu mənaya gələn hərəkətlər də məkruh hesab olunur. Ciddi bir səbəb yoxdursa, bişirilən xörəyin dadına baxmaq məkruhdur. Ancaq əgər bir xanımın əri tünd xasiyyətlidirsə, yəni, xörək məsələsində problem yaradırsa və bişirdiyin yeməyin çox dadsız olacağından qorxarsanız qadın udmamaq şərti ilə xörəyin dadına-duzuna baxa bilər.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.