Müsəlmanlar
“Möminin başından dərd-bəla kəm olmaz” kimi bir hədis var?

“Möminin başından dərd-bəla kəm olmaz” kimi bir hədis var?

Sual: Deyilənə görə peyğəmbərin belə bir sözü var: “İstər kişi olsun, istərsə qadın, mömin insan Allahın hüzuruna günahsız çıxana qədər oğul-uşağından və mal-dövlətindən dərd-bəla kəm olmaz”. Həqiqətən də, bu söz peyğəmbərin sözüdür?

Cavab: Bəli, bu, Muhəmməd peyğəmbərin (s. a. v.) sözüdür. Sizi güman ki, bəla sözü təəccübləndirir. Qeyd edək ki, bizim dilimizdə işlədilən bəla sözü ilə Ərəb dilindəki bəla sözünün mənalarının arasında fərq var. Ərəb dilində bəla sözü imtahan (sınaq) deməkdir.

Təbii ki, biz Allahın dərgahına gedənə qədər bir sıra imtahanlardan keçiriləcəyik. Bu hədis bu mənanı ifadə edir. Quran da bunu deyir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.