Müsəlmanlar
Təriqət dərsinə getmək lazımdır?

Təriqət dərsinə getmək lazımdır?

Sual: Mən dünən bir radyoda bir din xadiminin söhbətinə qulaq asdım. Dedi ki, İslamı öyrənmək üçün mütləq təriqət dərslərində iştirak etmək lazımdır. Bu söz nədənsə ürəyimə yatmadı. Sizin buna münasibətiniz nədir?

Cavab: Əvvəla, təriqət dərsi deyilən bir şey yoxdur. Heç bundan söhbət də gedə bilməz. İslam dinində belə bir şey yoxdur. Bu dini heç kəs öz inhisarına ala bilməz. Bu din kiminsə monopoliyası ola bilməz.

Bəzi təriqətçilər dindən söhbət düşən kimi özlərinin hansı təriqətə mənsub olduğunu deyirlər. Bunu deməyi vacib hesab edirlər. Bu insanlar bəzi din xadimlərinin ətrafına yığışıblar. Dində olmayan, özlərinin uydurduqları, bəli, məhz uydurma mərasimlərlə guya müsəlmanlığı yaşayırlar. Aralarında elə nadanlar da var ki, Cənnətə ancaq özlərinin gedəcəklərini irəli sürürlər!

Biz isə müsəlmanıq. Bu adı bizə Allah verib:

“Allahın uğrunda lazım olduğu kimi döyüşün. Sizi üstün edən Odur. Sizə din barədə heç bir çətinlik yaratmayıb. Atanız İbrahimin getdiyi yolla gedin. Elçisi sizə, siz də başqalarına nümunə olasınız deyə, sizə bundan əvvəl də bu Quranda “MÜSƏLMAN” adını o verdi. Elə isə namazı qılın, zəkatı verin və Allaha möhkəmcə sarılın. O sizin Qoruyucunuzdur. O nə gözəl Qoruyucudur, nə gözəl Köməkçidir O!” (Hacc, 22/78)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.