Müsəlmanlar
Qurandakı “ulu-l-əlbab” nə məna verir?

Qurandakı “ulu-l-əlbab” nə məna verir?

Sual: Məlumdur ki, Quranda bir neçə dəfə “ulu-l-əlbab” deyilir. Bunun mənası nədir?

Cavab: Qurani-Kərimdə 16 ayədə “ulu-l-əlbab” ifadəsi var. Bunu bizim dilimizə “saf (xalis) əql (ağıl) sahibləri” kimi tərcümə etmək olar. ((Baxın: Rağib əl-İsfahaninin Müfrədat lüğəti, s. 773.))

Bu ifadə ilə fitrəti korlanmamış, ona həqiqət agah olduğu vaxt bunu dərk edən, qəbul edən, şəxsi çatışmazlıq və oxşar şeylərə görə özünü həqiqətlərin qarşısında görməməzlik və bilməməzliyə vurmayan şəxslər nəzərdə tutulur.

Bu ifadə həyatda möhkəm duran şəxslərin haqqında da işlədilir. Çünki bu cür insanlar hər hansı bir məsələdə məlumatlı olub olmamağından asılı olmayaraq həqiqətlərə göz yummurlar; onlar həqiqət üzə çıxdığı vaxt qeydsiz-şərtsiz onu qəbul edir və öz hərəkətlərini də buna əsasən nizamlayırlar. Bu kimi insanlar daima inkişaf edirlər. Çünki onların təəssübkeşliyi yoxdur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.