Müsəlmanlar

Cümə gecəsi 4-cü gündən 5-ci günə keçən gecədir?

Sual: Cümə gecəsi nə vaxt olur? Peyğəmbərin: “Cümə gecəsini yaxşı qiymətləndirin”, - deyə, hədisləri var. Buna əsasən Cümə gecəsi 4-cü günü 5-ci günə bağlayan gecədir, yoxsa 5-ci gündən 6-cı günə keçən gecə?

Cavab: Quran ayələri və peyğəmbərimizin (s. a. v.) hədislərinə əsasən Cümə gecəsi Cümə günü (5-ci gün) günəşin batdığı vaxtdan doğduğu vaxta qədər davam edən müddətdir.

Allah belə deyir:

“Nə günəş aya çatar, nə də gecə gündüzü keçə bilər. Onların hər biri (öz) orbiti (ilə) üzüb gedir”. (Yasin, 36/40)

Gecə gündüzü keçə bilmədiyinə görə əvvəlcə gündüz, sonra gecə gəlir. Buna görə də birinci namaz günorta (zöhr) namazıdır. İsra surəsinin 78-ci və Hud surəsinin 114-cü ayələri bunu göstərir. Mələk Cəbrail Kəbədə Muhəmməd peyğəmbərə 2 gün namaz qıldırıb. Hər birində əvvəlcə günorta namazını qıldırıb. Peyğəmbərimiz də vaxt namazlarını izah edərkən eyni cür hərəkət edib.

Bu qədər açıq-aydın ayə və hədislərə baxmayaraq hazırkı dövrdə müsəlmanlar təkcə Hacc günlərində gündüzün əvvəl, gecənin sonra olduğunu qəbul edirlər. Onlar digər günlərdə günü günəşin batması ilə başa vurur və başladırlar. Bunun səbəbi Qəməri ayların başa çatmağının və başlamağının əlamətinin günəşin batmağından sonra müşahidə edilən hilal (aypara) olmasıdır.

Ramazan ayında oruca başlamazdan qabaq təravih namazının qılınmasının, eləcə də, axırıncı günün axşamında qılınmamağının səbəbi də budur. Ancaq bu, peyğəmbərin və ya əshabələrinin həyata keçirdikləri bir şey deyil.

Əgər Ramazan ayı axırıncı gün günəşin batması ilə başa çatsaydı, bayram namazı həmin günün axşam namazının vaxtında qılınar, fitrələr də o vaxtdan etibarən vacib olardı. Halbuki bayram namazı o gecənin səhərində günəş çıxdıqdan sonra kərahət vaxtının çıxdığı andan etibarən qılınır. Fitrəni də günəşin doğduğu vaxtdan başlayaraq vermək lazım gəlir.

İkrimənin İbn Abbasdan rəvayət etdiyinə görə peyğəmbərimiz fitrəni oruclunun ağzından çıxmaq ehtimalı olan boş və pis sözlər üçün bir təmizlik və çarəsiz qalan insanlar (miskin) üçün yemək olsun deyə, vacib edib. Kim fitr sədəqəsini bayram namazından əvvəl versə, bu, məqbul bir zəkat olar. Kim də namazdan sonra versə, bu, sədəqələrdən bir sədəqə olar. (Əbu Davud, Zəkat, 18)

Hilalın görülməsinin təzə ayın başladığını göstərməyi ayın o vaxtdan etibarən başlamağı demək deyil. Buna görə də bu məsələ ilə əlaqədar ənənəvi fikirlər düzgün deyil; Cümə gecəsi Cümə günü günəşin batması ilə başlayır və günəş çıxana qədər davam edir.

Sualınızla əlaqədar olaraq aşağıdakı yazını da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/3285.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.