Sual: Mehdinin zühur edəcəyinə dair bir inanc var. Bununla əlaqədar olaraq xristianlığın təsirindən danışmaq mümkündürmü?
Cavab: Bu məsələdə xristianlığın deyil, daha çox zərdüştiliyin təsirindən danışmaq olar. Hüseyn əleyhissəlamın öldürülməsinə qədər heç kəs Mehdidən söz açmırdı. Belə bir anlayış yox idi. Həzrəti Hüseyn şəhid edildikdən sonra isə bu barədə danışılmağa başlanmışdır.
Sonra bununla əlaqədar olaraq hədislər uydurulub. Ancaq bunlar Buxari və Müslimin külliyatları kimi hədis kitablarına daxil edilməyib. Bəziləri deyiblər ki, bu hədislər mütəvatir dərəcəsindədir. Yəni, Quran ayəsi kimidir; buna inanmayan kafir olar.
Bir müddət də Allahın dinindən kənarda formalaşdırılmış dini müdafiə edənlər özlərinə sərf etmədiyi üçün buna inanmayanları öldürüblər. Beləcə, deyiblər ki, buna inanmayanı öldürmək vacibdir. Nəticədə səhvlər silsiləsi və arzuolunmaz hadisələr meydana gəlib.
Mehdi və İsanın təzədən bu dünyaya gələcəklərini demək düz deyil.
Mehdi sözünün mənası hidayət olmuş, haqq yola gəlmiş deməkdir. Bu mənada hər bir müsəlman mehdidir. Hər bir müsəlman mehdi olmalıdır. Başqa sözlə desək, hər bir müsəlman haqq yola gəlmiş olmalıdır. Mehdi sözünün mənası budur.
Ancaq nədənsə insanlar bu sözü tamamilə zidd mənada – yola gətirən, hidayətə çatdıran, xilaskar mənalarında işlədirlər.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.