Müsəlmanlar
Katolik xristianlıqda həzrəti Məryəmə münasibət

Katolik xristianlıqda həzrəti Məryəmə münasibət

Sual: Katolik əqidəsində İsa peyğəmbərin anası həzrəti Məryəm haqqında nə deyilir? Qurani-Kərim onların həzrəti Məryəmə münasibətlərini necə qiymətləndirir?

Cavab: Ka­to­lik­lə­rin fik­rin­cə, Mər­yəm ana əs­lin­də Tan­rı­nın ana­sı­dır. ((Mənbə: «Katolik Kilisesi Din ve Ahlak İlkeleri», paraqraf. 467. Bu əsər Papa 14-cü Luinin (yepiskop II Jan Paul-un) əmri ilə 1986-cı ildə kardinal Jozef Ratzingerin sədrliyi ilə qurulan və 12 üzvdən təşkil edilən bir heyətin 6 illik əməyi nəticəsində meydana gətirilib. Bu prinsiplər Vatikan kilsəsi tərəfindən qəbul edilmiş təlimatları əhatə edir. Türk dilinə tərcüməsini Dominik Pamir hazırlamış və 15 avqust 2000-ci ildə İstanbul şəhərində Türkiyə yepiskoplar konfransı tərəfindən nəşr edilmişdir.)) “O­nun ana­lı­ğı so­na çat­ma­mış­dır. Ye­ni­lə­nən va­si­tə­çi­li­yi ilə əbə­di xe­yir­lər, fay­da­lar gə­ti­rən ər­mə­ğan­la­rı­nı dai­ma bə­şə­riy­yə­tə ver­mək­də da­vam edir. Mər­yəm Ana­ya kil­sə­də və­kil, kö­mək­çi, kö­mə­yə tə­lə­sən, va­si­tə­çi­lik edən de­yir­lər.” ((Adı çəkilən əsər, paraqraf 969.)) On­lar bu söz­lə­ri ilə Mər­yəm ana­nı tan­rı qə­bul edir­lər.

Bir gün Al­lah be­lə de­yə­cək­dir:

وَاِذْ قَالَ اللَّهُ يَا عِيسَىابْنَ مَرْيَمَ ءَاَنْتَ قُلْتَ لِلنَّاسِ اتَّخِذُونِى وَاُمِّىَ اِلَهَيْنِ مِنْ دُونِ اللَّهِ قَالَ سُبْحَانَكَ مَا يَكُونُ لِى اَنْ اَقُولَ مَا لَيْسَ لِى بِحَقٍّ اِنْ كُنْتُ قُلْتُهُ فَقَدْ عَلِمْتَهُ تَعْلَمُ مَا فِى نَفْسِى وَلَا اَعْلَمُ مَا فِى نَفْسِكَ اِنَّكَ اَنْتَ عَلَّامُ الْغُيُوبِ (116) مَا قُلْتُ لَهُمْ اِلَّا مَا اَمَرْتَنِى بِهِ اَنِ اعْبُدُوا اللَّهَ رَبِّى وَرَبَّكُمْ وَكُنْتُ عَلَيْهِمْ شَهِيدًا مَا دُمْتُ فِيهِمْ فَلَمَّا تَوَفَّيْتَنِى كُنْتَ اَنْتَ الرَّقِيبَ عَلَيْهِمْ وَاَنْتَ عَلَى كُلِّ شَىْءٍ شَهِيدٌ (117)

“Ey Mər­yəm oğ­lu İsa! İn­san­la­ra sən: “Mə­ni və ana­mı Al­lah­la aranızda iki vasitəçi tan­rı bi­lin!” – de­miş­din? “İ­sa ca­va­bın­da belə de­yə­cəkdir: “Sənin belə bir şeylə nə əlaqən olar? Mənim doğru olmayanı de­məyim mümkün deyil. Əgər bu­nu mən de­miş ol­say­dım, Sən onu müt­ləq bi­lər­din. Sən mə­nim ürə­yim­də olan hər şe­yi bi­lir­sən, amma mən isə Sə­n­də olanı bil­mə­rəm. Bütün bilinməyənləri bilən an­caq Sən­sən!

Mən on­la­ra yal­nız Sə­nin mə­nə et­di­yin əm­ri çat­dı­rmışam. Mə­nim də, si­zin də Rəb­bi­niz olan Al­la­ha qul olun dedim! Nə qə­dər ki, on­la­rın ara­sın­da idim, on­la­ra şa­hid mən idim. Sən mə­ni vəfat etdirəndən son­ra on­la­ra nə­za­rət­çi Özün ol­dun. Yal­nız Sən hər şe­yə şa­hid­sən!” (Mai­də, 5/116-117).

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.