Müsəlmanlar
Rəvasi nə deməkdir?

Rəvasi nə deməkdir?

Sual: Məlumdur ki, təriqətlərdə bəzi xüsusi məfhumlar var. Rəvasi də onlardan biridir. Bunun mənası nə deməkdir?

Cavab: Rə­va­si sözü Ərəb dilində “dağ­lar”, əv­tad isə “sü­tun­lar” mə­na­sı­na gə­lir. Təriqətçilərin fikrinə əsasən fə­la­kət baş ver­dik­də bən­də­lər əv­ta­da, əv­tad isə rə­va­si­yə üz tutur. Rə­va­si­ni Qütb (“düzgün” yolun rəhbəri) ida­rə edir. Qütbdən son­ra gə­lən iki in­sa­na “i­ma­man” de­yir­lər. Bun­lar­dan bi­ri­nə “i­ma­mı yə­min”, di­gə­ri­nə “i­ma­mı yə­sar” adı ve­ri­lir. “İma­mı yə­min” (sağ­da­kı imam) qütbün hökm­lə­rin­ə, “ima­mı yə­sar” (sol­da­kı imam) isə qütbün hə­qi­qə­tin­də or­ta­ya çı­xır. Yə­ni təriqətçilər “bi­ri qütbün qə­rar­la­rı­nı, di­gə­rinin isə hə­qi­qi cəhətlərini bil­ir” – deyirlər. Qütb öl­dük­də ye­ri­nə ima­mı yə­sar ke­çir. Qütb ilə iki imam üç­lü­yü əmə­lə gə­ti­rir­lər.

Bun­lar­dan baş­qa, say­la­rı sək­kiz və ya qırx olan “nü­cə­ba” ilə say­la­rı on və ya üç yüz olan “nu­qə­ba”­nın ol­du­ğu və on­la­rın in­san­la­rın da­xi­li dün­ya­la­rın­dan xə­bər­dər ol­duq­la­rı id­dia olu­nur. ((MƏNBƏ: Ha­san Ka­mil Yıl­maz, «Ri­ca­lul-Ğayb Ğayb Ərən­lə­ri», Al­tı­no­luk Məc­muə­si, de­kabr 1995.))

Bü­tün bun­lar Qu­ra­nın küfr və Al­la­ha şə­rik qoş­ma sa­ya­raq qa­da­ğan et­di­yi şey­lər­dir. Mü­səl­man­lar na­ma­zın hər rü­kə­tin­də:

اِيَّاكَ نَعْبُدُ وَاِيَّاكَ نَسْتَعِينُ

“Yal­nız Sə­nə qul olur və yal­nız Sən­dən kö­mək di­lə­yi­rik!” (“Fa­ti­hə” su­rə­si, 1/5) de­yə­rək, zehinlərini canlı saxlayırlar ki, bu və­ziy­yə­tə düş­mə­sin­lər.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.