Müsəlmanlar

Bir malın mənşəyini dəyişdirmək düzdür?

Sual: Çində istehsal olunan bir malı Malayziyaya və ya başqa bir ölkəyə aparıb mənşəyini dəyişdirdikdən sonra Türkiyəyə gətirmək günah və haramdır? Məlum olduğu kimi, İstanbulun Mahmud Paşa rayonunda satılan paltarların əksəriyyəti Çin istehsalı olan mallardır. Biz, yəni, yerli istehsalçılar qiymət ucbatından ziyana düşürük. Əgər biz də onlar kimi etsək, günaha batarıq?

Cavab: Çindən alınan malı Malayziyaya aparıb əslinin dəyişdirilməsi o malı satın alan insanı aldatmağıa hesablanmış bir hərəkətdir. Çünki həmin mal o işdən sonra Türkiyəyə gətirilib Çin malı kimi deyil, Malayziya malı kimi satışa çıxarılır. Bunu dini cəhətdən düzgün hesab etmək olmaz; mümkün deyil. Peyğəmbərimiz Muhəmməd (s. a. v.) bir hədisində belə buyurmuşdur:

“Kim bizi aldadırsa, bizdən deyil”. (Müslim, İman, 164, (102); Tirmizi, Büyu (satış, al-ver), 74; Əbu Davud, Büyu, 52; İbn Macə, Ticarət, 36)

Ticarətdə əsas olan dürüstlük və düzgünlükdür. Əbu Səiddən (r. a.) nəql olunan bir rəvayətə əsasən peyğəmbərimiz (s. a. v.) belə buyurmuşdur:

“Dürüst və etibarlı tacir peyğəmbərlər və peyğəmbərləri təsdiq edən doğru şəxslər və şəhidlərlə bərabərdir”. (Tirmizi, Büyu, 4)

Rifaa-nın (r. a.) atasından və babasından nəql etdiyinə görə o, bir dəfə peyğəmbərlə (s. a. v.) birlikdə namaz qılınan yerə getmişdi. Peyğəmbər (s. a. v.) bəzi insanların al-ver etdiklərini gördü və onlara belə dedi:

“Ey tacirlər dəstəsi!”.

Onlar da öz növbələrində başlarını qaldıraraq gözlərini peyğəmbərə (s. a. v.) tərəf çevirdilər. Bunun üstündən peyğəmbər (s. a. v.) sözlərinə belə davam etdi:

“Tacirlər Qiyamət günündə günahkar və biabırçı bir vəziyyətdə dirildiləcəklər. Amma özünü qoruyub günahlardan çəkinənlər, andında bütöv olub yaxşılıq edənlər və doğru-dürüst olanlar bunun xaricindədir”. (Tirmizi, Büyu, 4; İbn Macə, Ticarət, 3; Əbu Davud, Büyu, 1)

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.