Sual: Ər-arvad küçədə gedərkən əl-ələ tutub qol-qola girə bilərlər? İslam dinində bu barədə nə deyilir?
Cavab: Bəli, ər-arvad küçədə gedərkən əl-ələ tutub gəzə bilərlər. Bu məsələ tamamilə ayrı-ayrı şəxslərin əxlaq anlayışından və ictimai qaydalara nə dərəcədə rəayət edib etmədiklərindən asılıdır.
İslam dini bizə ibadətlərdə belə, orta yolu tutmağımızı əmr edir. Odur ki, ər-arvad olsalar da, insanlar çöldə-bayırda olduqları vaxt ifrat dərəcəyə varan hərəkətlərdən uzaq durmalıdırlar. Yəni, bir növ özlərinə nəzarət edə bilməlidirlər.
Bəzi insanların etdiyi kimi, küçədə, park və digər ictimai yerlərdə qucaqlaşıb oturmaq, yeriyərkən qucaqlaşmaq kimi hərəkətlər müsəlmana qətiyyən yaraşmaz.
Yuxarıda da qeyd etdiyimiz kimi, bu məsələ dindarlıqdan çox insan olmaqla əlaqədardır.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.