Müsəlmanlar
Ömrəyə gedənlər qurban kəsib oruc tutmalıdırlar?

Ömrəyə gedənlər qurban kəsib oruc tutmalıdırlar?

Sual: Bəqərə surəsinin 106-cı ayəsinə əsasən ömrə ziyarətinə gedənlərin hər biri qurban kəsməli və oruc tutmalıdırlar?

Cavab: İfrad həccini yerinə yetirənlərin və yaxud təkcə ömrə ziyarətinə gedənlərin qurban kəsməyi lazım deyil. Bəqərə surəsinin 106-cı ayəsində nəzərdə tutulan budur:

Həccə gedən və həcc vaxtına qədər ömrəni yerinə yetirənlər (təməttu və ya qiran həcci) bir qurban kəsməlidirlər. Ancaq (qurban tapa bilməmək, maddi imkansızlıq kimi səbəblərə görə) qurban kəsə bilməyənlər üçü həcc yerində, yeddisi də qayıtdıqdan sonra olmaqla, ümumilikdə 10 gün oruc tutmalıdırlar.

Bu barədə ətraflı məlumat üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/1807.html

Bəqərə surəsinin müvafiq bölməsi belədir:

“Əmin-amanlıqda olsanız, həcc vaxtına qədər ömrə ziyarətindən istifadə edən şəxs ona asan gələn bir qurban kəsməlidir. Qurbanlıq tapmayan isə üç gün həcc ziyarəti günlərində, yeddi gün də geri qayıdandan sonra oruc tutmalıdır ki, bu da tam on gün edər. Bu, ailəsi Məscidi-Haramda yaşamayanlara aiddir. Allahdan qorxun və bilin ki, Allahın cəzası çox ağırdır”.

Deməli, həcc mövsümündən başqa vaxtlarda ömrəyə gedənlərin qurban kəsməyi və ya oruc tutmağı vacib deyil.

Materiallardan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.