Müsəlmanlar

Cümə günü İslamda istirahət günüdür, yoxsa iş günü?

Sual: İslam dinində Cümə günü (5-ci gün) istirahət günü hesab olunur? Əgər belədirsə, Quranın Cümə surəsinin 10-cu ayəsini necə başa düşək?

Cavab: Xeyr, Cümə günü İslamda istirahət günü sayılmır. İslamda belə bir anlayış yoxdur. Bayramda da işləmək olar. Yəni, hər hansı bir qadağa yoxdur. Onsuz da bəzi insanlar bayramda da işləməsələr, o birilər ac qalarlar. İstirahət günündə avtobuslar, təyyarələr, qatarlar, gəmilər və sairə işləməsə, harasa getmək olarmı?

Deməli, həmişə işləmək mümkündür. Tətil sözü ətalət sözü ilə eyni kökdən törəyib. Boş, hərəkətsiz, işsiz-gücsüz qalmaq deməkdir.

Tətilin mənası işləməyə müəyyən qədər fasilə vermək deməkdir. Bir müsəlman öz işlərinə müəyyən müddətə fasilə verə bilər. İstirahət etmək müsəlmanın da haqqıdır. Amma bu müddət ərzində vaxtını boş keçirməməli, başqa faydalı işlərlə məşğul olmalıdır. Allah Təala belə buyurub:

“Hər çətinliyin yanında bir asanlıq (rahatlıq) var. Bəli, hər çətinliyin yanında şübhəsiz ki, bir asanlıq da var. Bir işi qurtardığın vaxt başqa bir işə qurşan. Nə gözləsən, ancaq Rəbbindən gözlə”. (İnşirah, 94/5-8)

İslamda boş durmaq deyilən bir şey yoxdur. Qısa desək, bayram günlərini də mütləq surətdə düzgün qiymətləndirmək lazımdır.

Allah Cümə surəsinin 10-cu ayəsində belə buyurur:

“Namaz qılınıb qurtardıqdan sonra yer üzünə dağılın və Allahın lütfündən ruzi diləyib axtarın! (Yenə öz işinizə qayıdın!)”.

Bu da o deməkdir ki, Cümə günü namazdan sonra yatmaq yox, dərhal iş-güclə məşğul olmaq lazımdır.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.