Müsəlmanlar

Dünya möminlərə zindan, kafirlərə də cənnətdir?

Sual: Biz Quranın Əraf surəsinin 32-ci ayəsindən belə başa düşürük ki, dünya nemətləri əsasən möminlər üçündür. Amma belə bir hədis də var: “Dünya həyatı möminə zindan, kafirə də cənnətdir”. Belə olan halda, bu məsələni necə anlamaq lazımdır?

Cavab: Sualınızda qeyd etdiyiniz ayə aşağıdakı kimidir:

(Ya Peyğəmbərim!) De: “Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz (halal) ruziləri kim haram buyurmuşdur?” De: “Bunlar dünyaya iman gətirənlər üçündür (lakin kafirlər də onlardan istifadə edə bilərlər), qiyamət günündə (axirətdə) isə yalnız möminlərə məxsusdur”. Biz ayələrimizi anlayıb-bilən bir tayfaya belə ətraflı izah edirik. (Əraf, 7/32)

Bu dünyanın nemətlərini Cənnətdəki nemətlərlə müqayisə etsəniz, təbii ki, dünya nemətləri Cənnətinkilərin yanında zindan kimi olur. Cəhənnəmlə müqayisə etsəniz, o vaxt da çox gözəl bir şey olur. Hədisdə nəzərdə tutulan da budur.

Materiallardan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.