Sual: Rəbb və ilah sözlərinin arasında nə kimi bir fərq var? Onları nə cür işlədirlər?
Cavab: Təbii ki, bu sözlərin arasında bir fərq var. Belə ki, rəbb sözü insanlar haqqında işlədilə bilər. Rəbb sözü Ərəb dilində sahib və yiyə deməkdir. Misal üçün, rəbbu-l-mal. Yəni, sərmayənin yiyəsi, sahibi. Osmanlı dövlətinin dövründə belə deyilirdi. Ev yiyəsinə rəbbu-l-beyt deyilir. Evin xanımına və evdar qadına da rəbbətu-l-beyt deyilir.
Quranda da rəbb sözü bu mənada işlədilib. Məsələn, Yusuf peyğəmbəri evində qonaq edən şəxs barədə dediyi kimi (Yusuf surəsi, 23-cü ayə).
Biz deyirik ki, Allah rəbbu-l-aləmindir. Yəni, aləmlərin Rəbbidir. Bu o deməkdir ki, Allah bütün aləmlərin sahibidir. Bu zaman biz özümüzdə çox böyük bir qüvvə hiss edirik.
İlah sözünə gəldikdə, bu söz Allahdan başqa heç bir varlıq haqqında işlədilmir.
Sualınızla əlaqədar olaraq aşağıdakı yazını da oxuyun:
http://www.muselmanlar.com/fitvalar/3254.html
Materiallardan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.