Müsəlmanlar
Əlləri torpaqla ovxalayıb yumaq kasıblığa səbəb olur?

Əlləri torpaqla ovxalayıb yumaq kasıblığa səbəb olur?

Sual: Mızraklı İlmihali adlı kitabda qeyd olunur ki, bir insanın öz əlini palçıqla yumağı onun kasıblığının səbəblərindən birini təşkil edir. Belə bir şey var? Bu əhvalatdakı palçıq nə deməkdir?

Cavab: Tərkibində müxtəlif üzvi maddələr olan, ümumi olaraq gilli, qatı və yapışqan qarışığa palçıq deyilir. Bunun kasıblığa səbəb olacağına dair izah Mızrakl İlmihali adlı əsərin müəllifinə məxsusdur. Bunun həqiqətən də, belə olduğunu, başqa sözlə desək, düzgün olduğunu təsdiq edən bir ayə və ya hədis yoxdur.

Ərzurumlu İbrahim Hakkının Mərifətnamə adlı əsərində soğan və sarımsağın qabıqlarını yandırmaq, gecə vaxtı ev süpürmək, yaşca özündən böyük olanların qabağınca yerimək, qapının bir tərəfinə söykənmək, eşikdə oturmaq, sübh namazını qıldıqdan sonra məsciddən tez çıxmaq, hər səhər bazara erkən getmək, bazardan evə gec qayıtmaq, sarığını oturulu halda bağlamaq, şamı nəfəslə üfürüb söndürmək, qapısız evdə tək başına yatmaq və bu kimi şeylər də kasıblıq səbəbi kimi qələmə verilib. ((Ərzurumlu İbrahim Hakkı, Mərifətnamə, Osmanlı dilindən sadələşdirən Faruk Meyan, Bedir nəşriyyatı, İstanbul, 1980, səhifə 836-837.))

Bütün bunların və bu kimi şeylərin həqiqətlə heç bir əlaqəsi yoxdur. Qısa desək, hamısı əsassız şeylərdir. Yəni, xurafatdır.

Materiallardan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.