Müsəlmanlar
Allah haqqında hirslənmək sözünü işlətmək olar?

Allah haqqında hirslənmək sözünü işlətmək olar?

Sual: Məlum olduğu kimi, hirslənmək bir şeyə qarşı reaksiya nəticəsində baş verir. Elə isə Allah barədə də: “Hirsləndi”, - demək olar?

Cavab: Qurani-Kərimin müxtəlif ayələrində qəzəb sözü də var, Allahın qəzəbi kimi ifadələr də. Misal üçün, Fəth surəsində belə deyilir:

“Allahın onlara qəzəbi tutmuşdur. (Allah) onları lənətləmiş və onlar üçün Cəhənnəm hazırlamışdır. Ora nə pis dönüş yeridir”. (Fəth, 48/6)

Sualınızda reaksiya vermək məsələsinə toxunmusunuz. Əlbəttə ki, Allahın qəzəbi insanların Onun əmrlərinə qarşı yol verdikləri pis hərəkət və səhvlərə görə meydana gəlib.

Deməli, Allah Təala haqqında danışarkən: “Allah qəzəbləndi”, – demək mümkündür.

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.