Müsəlmanlar
Şumer kitabələri və dinlərə münasibət məsələsi

Şumer kitabələri və dinlərə münasibət məsələsi

Sual: Vaxtilə bir şumeroloq şumer kitabələrinə əsasən hərəkət edərək ilahi dinlərə necə deyərlər, hücum çəkmişdi. Sizin bu kimi hallara qarşı cavab xarakterli bir tədqiqatınız var?

Cavab: Xeyr, bu kimi şeylərə cavab vermək üçün tədqiqat aparmağa ehtiyac yoxdur. Bu iddialardan xəbərimiz var. Bir şumeroloq televiziya vasitəsilə dedi ki, bütün dinlərin mənşəyi şumer kitabələrində qeyd olunub.

Əlbəttə ki, bu çox təbii bir şeydir. Belə də olmalıdır. Yəni, bu din indi üzə çıxmayıb. Məgər Adəm peyğəmbərə, Nuh peyğəmbərə, onlardan sonrakı peyğəmbərlərə gələn din eyni din deyil? Şumerlərə gələn din də eyni dindir; fərqli bir şey deyil. Elə isə bundan təbii bir şey ola bilməz.

Deyirlər ki, şumer kitabələrində Nuh tufanı haqqında bütün məlumatlar var. Necə də gözəl! Çox gözəl! Deməli, şumerlər Nuh tufanından sonra yaşayan bir xalq imişlər ki, onların bu hadisə barədə müfəssəl məlumatları var. Biz də bu məlumatlardan istifadə edirik.

Burada başqa bir məqam var. Bu insanların ağlı belə bir şeyi qavramağa kifayət etmir. Allahı necə deyərlər, “tədavüldən çıxartmağa” çalışırlar, amma buna müvəffəq ola bilmirlər. Bu vaxt da dinləri tədavüldən kənarlaşdırmaq istəyirlər. Halbuki, buna heç ehtiyac yoxdur.

Allah Quranda deyir ki, Allah Nuha nəyi əmr edibsə, sizə də onu buyurub.

İlahi dinlərə belə fikirlərlə hücum edənlərin qabağına dini yaxşı bilən insanları çıxartmaq lazımdır. Beləcə, hər iki tərəf də rahatlığa qovuşar.

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.