Müsəlmanlar
Qurana əsasən təkcə ifrat həddə çatan faiz haramdır?

Qurana əsasən təkcə ifrat həddə çatan faiz haramdır?

Sual: Mən bankdan alınan borcla bir şirkətdən alınan borc arasındakı fərqi faiz baxımından başa düşməyə çalışıram. Belə başa düşürəm ki, faizçilik ifrat həddə faiz deməkdir. Borca görə az miqdarda faiz vermək isə məntiqli qəbul olunur. Bu cür bir izahın Qurana əsasən nə dərəcədə düzgün olub olmadığını öyrənmək istəyirəm.

Cavab: Qurani-Kərimə əsasən gəlir götürmək məqsədi güdən hər növ faizli əməliyyat, eləcə də, borcdan əldə olunan gəlir də miqdarı nə olursa, olsun, faizdir.

Bəqərə surəsinin 275-ci ayəsində bildirilir ki, faiz haram qılınıb. 278-ci ayəsində də deyilir ki, məbləği nə olursa, olsun, faiz kimi tərif olunan miqdar borcluya verilməlidir. Eyni surənin 279-cu ayəsində isə alacaqlının təkcə əsas malını (maya) ala biləcəyi bildirilir. Deyilir ki, artıq qalan faizdir.

Qısa desək, sualınızda qeyd etdiyiniz izahın Qurana əsasən heç bir tutarlı cəhəti yoxdur. Faiz istər az miqdarda, istərsə də çox miqdarda olsun, haramdır.

Suala cavab verdi: Servet Bayındır (İstanbul Universitetinin dosenti, Türkiyə).

30.04.2011

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.