Müsəlmanlar

Zina edən kafir olur?

Sual: Belə bir hədis var: “Bir mömin kafir olmadıqca zina günahı törətməz. Kafir olmadıqca içki içməz”. Bu hədisə əsasən zina edənlər kafirləşirlər?

Cavab: Burada söhbət kafirlikdən getmir. Amma insana bu hədisin mənasını xatırladan bir Quran ayəsi (Nur surəsi, 3-cü ayə) var:

“Zinakar kişi ancaq zinakar və ya müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar və ya müşrik bir kişiyə ərə gedə bilər. Möminlərə isə bu, haram edilmişdir”.

Ayədən də məlum olduğu kimi, zina edən insan böyük bir günah iş görür. Allah burada müşrikləri ayırıb. Yəni, zina edən müşrik deyil. Ayənin davamına baxaq. Deyilir ki, bu, yəni, zina edənlə evlənmək möminlərə haram olunub. Elə isə zina edənin möminliyində problem var? Bir sözlə, Allah zina edən mömini ayədə kafir hesab etmir amma onun imanına qədər nüfuz edən bir problemlə qarşılaşdığını bildirir.

Peyğəmbər hədisləri bizə bu dərəcədə həssas və dərin məsələləri anlamaqda kömək edir. Belə ki, bir hədisdə bununla əlaqədar olaraq belə deyilir:

“Zina edən şəxs zina etdiyi vaxt mömin olaraq etmir”.

Bu o deməkdir ki, həqiqi mömin zina etməz. Əgər zina etdiyi vaxt kafir olsaydı, yuxarıdakı ayənin mənası qalmazdı. Halbuki, ayədə zina edən möminin imanının çox təhlükəli bir vəziyyətdə olduğu bildirilir.

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı yazını da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/3191.html

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.