Müsəlmanlar
İşimə görə qadınlarla tək başına qala bilərəm?

İşimə görə qadınlarla tək başına qala bilərəm?

Sual: Mən psixoloqam. İnsanlara psixoloji məsləhətlər verirəm, onlara dəstək oluram. Bu, mənim işimdir. Gördüyüm işin müqabilində müəyyən qədər pul alıram. Mənə müraciət edənlərin arasında qadınlar da olur. Elə olur ki, bəzən bir qadınla tək başına qalıram. Belə etməyim dini cəhətdən nə dərəcədə düzgündür?

Cavab: Təkbaşına qalmağınız münasib deyil. Yanınızda başqa bir nəfərin də olmağı lazımdır. Ya da qapını hər an başqa insanların da daxil ola biləcəkləri qaydada açıq qoymaq lazımdır.

Muhəmməd peyğəmbərdən (s. a. v.) nəql olunan bir hədisdə belə deyilir:

“Heç bir kişi tək başına olan bir qadının yanına girməsin. Yanında 1-2 nəfər olsa, içəri girə bilər” (Müslim, Salam, 8 (2173).

Qohum olsa belə, bu kimi “tək qalma”lardan uzaq durmaq lazımdır. Bu məsələ ilə əlaqədar qısa bir sual-cavab üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/1990.html

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.