Sual: Tövratda deyilir ki, Yaqub peyğəmbər İbrahim peyğəmbərin nəvəsi olub. Quranda isə İbrahimin oğlu kimi göstərilir. Bu nə üçün belədir? Quranın Ənam surəsinin 84-cü ayəsində nəvə kimi göstərilmir.
Cavab: Ənam surəsinin 84-cü ayəsinin tərcümə-məalı aşağıdakı kimidir:
“Biz ona İshaqı və Yaqubu bəxş etdik. Hər ikisini doğru yola yönəltdik. (Bundan) əvvəl Nuhu da doğru yola yönəltmişdik. Onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusufu, Musanı və Harunu da. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq”.
Nəvə də övladdır. Nəvə də bir insanın öz uşağı sayılır. Qurani-Kərim əhalinin qeydiyyat kitabçası deyil ki, orada kimin oğlunun və ya nəvəsinin kim olması, hansı tarixdə dünyaya gəlməsi və sairə kimi məsələlər ayrı-ayrı qeyd edilsin.
İndi isə gəlin, Ənbiya (peyğəmbərlər) surəsinin 72-ci ayəsinə nəzər salaq:
“Biz ona (İbrahimə) İshaqı, üstəlik Yaqubu da bəxş edib onların hamısını saleh kimsələr etdik”.
Deməli, İbrahim peyğəmbərin iki, bəzi mənbələrə əsasən də üç oğlu olub. Üçüncü oğlunun adının Mədyən olduğunu deyənlər var. Amma Qurana baxdıqda görürük ki, onun iki oğlu olub.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır (İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri).
Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.