Müsəlmanlar

Quranda ümmət sözü neçə mənada işlənir?

Sual: Ümmət sözü Yusuf surəsinin 45-ci ayəsində müəyyən bir müddət mənasında işlədilib. Bu sözün seçilməyinin hansısa bir hikməti var?

Cavab: Ümmət sözü Quranda müxtəlif mənalarda işlədilib. Həmin mənaları 4 qrupa ayırmaq olar:

1) Din və əqidə: Yunus, 10/19; Ənbiya, 21/92.

2) Camaat, dəstə, icma: Əraf, 7/159 və 182.

3) İmam, rəhbər, lider: Nəhl, 16/120.

4) Vaxt, müddət, uzun müddət: Hud, 11/8; Yusuf, 12/45.

Hud surəsinin 8-ci və Yusuf surəsinin 45-ci ayəsindəki ümmət sözü bir növ vaxt dəstəsi, yəni, uzun bir müddət mənasında işlənib. Bu sözlərin nə üçün işlədilməsi ilə əlaqədar deyilənlər ancaq bir şərhdir, yəni, təkcə izahdır. Nəticə etibarilə hər bir dildə olduğu kimi, Ərəb dilində də bir kəlmənin birdən çox məna daşımağı və eyni mənanı bildirən birdən çox söz olmağı təbii haldır.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.