Sual: Məni bir sual maraqlandırır: Kəbə xaçpərəstlər və yəhudilər üçün də müqəddəsdir? Məlumdur ki, xaçpərəstlər hacı olmaq üçün Efesə gedirlər. Oranın hansısa bir müqəddəsliyi var? Bu necə yaranıb?
Cavab: Hər şeydən əvvəl deyim ki, xaçpərəstləri düzgün tanımaq lazımdır. Məsələn, Papa indi bura gəlsə və hal-hazırda dərs keçdiyimiz bu zalı təqdis etsə, bura xaçpərəstlər üçün bir hac yeri olar. Onlarda belədir. Çünki onların əqidəsinə əsasən Papa Allahın yer üzündəki nümayəndəsidir. Onlar Allaha da Papa deyirlər, Papaya da. Əgər Papa bir yeri “müqəddəsləşdirirsə”, həmin yer “müqəddəs” olur.
Burada sualın birinci hissəsi əhəmiyyətlidir. Onlarda belə bir inanc olduğuna görə Efes filan mühüm deyil. Papa haranı təqdis etsə, ora hac yeri olur.
Bununla belə, Allahın yer üzündə tikilən ilk bina kimi və İbrahim peyğəmbərin insanları həcc üçün dəvət etdiyi yer olaraq göstərdiyi Kəbə şübhəsiz ki, bütün peyğəmbərlərin həcc edəcəyi yerdir. Çünki onlar İbrahim əleyhissəlamın nəslindəndirlər. Yəni, İsrail oğullarının, yəhudilər və xaçpərəstlərin hamısı İbrahimin nəslindəndir. Və o dua etdiyi vaxt: “Ya Rəbbi, mənə bu namazı tam qılmağı qismət et. Nəslimdən gələnlər də belə olsunlar”, – demişdir. Deməli, bütün bunlar onların hamısı üçün qüvvədədir.
Lakin bu məsələ ilə əlaqədar çox ciddi dinlər tarixi tədqiqatlarına ehtiyac var. Təəssüf ki, bizdə dinlərin tarixinə dair tədqiqatlar hələ təzə başlayıb. Yəni, bir neçə illik keçmişi var. Bu sahədəki əsərlər də azdır. Şəhristaninin əl-Miləl və-n-Nihal adlı əsəri var, Əbu Reyhan Biruninin əsəri var. Yəni, bunların sayı məhduddur.
Bir sözlə, bu məsələlərlə əlaqədar olaraq Qurana əsaslanan və əsl mənbələrdən istifadə etməklə ciddi bir tədqiqat aparılsa, bizim də məlumat çatışmazlığımız aradan qalxar.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır (İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri).
Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.